“Sabah” “Kəpəz”lə heç-heçə etdi

“Sabah” “Kəpəz”lə heç-heçə etdi

İdman Veb saytların hazırlanması

24 Sentyabr 2023 19:48 410


Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Yenisabah.az xəbər verir ki, bu gün ötən mövsümün 2-cisi olan "Sabah" "Kəpəz"i qəbul edib. "Sabah" bu oyunda da xal itkisi ilə üzləşib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Günün digər matçında isə "Araz-Naxçıvan" "Səbail"in qonağı olacaq. 

Qeyd edək ki, tur ötən gün keçirilən 2 oyunla başlayıb. Tura sabah yekun vurulacaq.

24 sentyabr 

17:00. “Sabah” – “Kəpəz” - 2:2 

Qollar:  Con İrasabal, 24, Boyan Letiç, 51-pen. - Abdullahi Şuaybu, 9, Georgi Papunaşvili, 60 

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov

“Bank Respublika Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!