UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən ilk olaraq "Sabah" meydana çıxıb.
Murad Musayevin komandası Bakıda RFS-i qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Səfərdəki oyunda da rəqibinə qalib gələn (2:0) "Sabah" 3-cü təsnifat mərhələsinə yüksəlib. Dördpendirli pizza
Tarixində ilk dəfə avrokuboklarda iştirak edən "Sabah" 3-cü mərhələdə Serbiya "Partizan"ına rəqib olub. Bu mərhələnin oyunları 10-17 avqustda keçiriləcək.
3 avqust
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
20:00."Sabah" (Azərbaycan) - RFS (Latviya) - 2:1
Qollar: Coy-Lens Mikels, 77, Emmanuel Apeh, 90+4 - Yanis İkaunieks, 67
Qırmızı vərəqə: Artur Zjuzins, 33 (RFS)
Baş hakim - Fedayi San (İsveçrə)
İlk oyun - 2:0
Masazır. "Bank Respublika Arena".
Telegram kanalımız