Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib. Pepperoni pizza
Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, "Sabah" bu yay Rəhman Daşdəmirovu da transfer edib.
Telegram kanalımız