Sabah Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək

Siyasət

09 Mart 2020 17:52 555


Martın 10-da yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

"Yeni Sabah" bildirir ki, bu barədə Oxu.Az-a Milli Məclisin deputatı Tahir Kərimli məlumat verib.

Qeyd edək ki, yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir.  Marqarita pizza

Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərovdur. Onun 82 yaşı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!