“Sabah” monteneqrolu müdafiəçi ilə müqavilə bağladı

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” monteneqrolu müdafiəçi ilə müqavilə bağladı

İdman

02 Avqust 2020 23:58 1286


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Yenisabah.az klubun saytına istinadən məlumat verir ki, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16) və “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib. Dördpendirli pizza

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

Qeyd edək ki, Visente Qomesi baş məşqçi postuna gətirən Bakı təmsilçisi daha öncə Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı, Slavik Alxasov, Nicat Mehbalıyev, Aleksey İsayev, Camal Cəfərov və Elgün Nəbiyevi transfer edib, Xulio Sezar Rodriges, Saşa Stamenkoviç və Ramil Şeydayevlə müqaviləni uzadıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!