Sabah saat 16:00-da Ermənistan parlamentinin növbədənkənar iclası başlayacaq.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin növbədənkənar iclasını nəzərə alan müxalifət növbəti kütləvi etiraz aksiyası təyin edib.
Parlamentin müxalifətdən olan vitse-spikeri, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan İrəvan sakinlərini iyunun 3-ü saat 16:00-da Fransa meydanına çağırıb. Marqarita pizza
“Əvvəlcə müxalifət fraksiyalarından olan deputatlarımızı dəstəkləyəcəyik, sonra parlamentdə gedən proseslərdən asılı olaraq bundan sonra nə edəcəyimizə qərar verəcəyik. Sabah Fransa Meydanında görüşək”, - deyə o, mitinqlə bağlı çağırışında bəyan edib.
Telegram kanalımız