Sabah neçə dərəcə isti olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah neçə dərəcə isti olacaq?

Sosial

24 İyul 2019 10:41 960


Azərbaycanda iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək, mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Toyuqlu pizza

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 25-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!