“Sabah”, “Neftçi” və “Turan Tovuz” klubları cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”, “Neftçi” və “Turan Tovuz” klubları cərimələndi

İdman

27 May 2025 13:09 423


AFFA İntizam Komitəsi "Sabah", "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.

Yenisabah.az  xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

"Sabah" "Neftçi"yə qarşı keçirdikləri Misli Premyer Liqasının XXXVI turunun matçında futbolçusu Sofian Çaklanın ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almasına görə 1500 manat ziyana düşüb. Çakla iki oyunluq cəzalanıb.  Marqarita pizza

"Neftçi" isə Edvin Kuçun birbaşa qırmızı vərəqə görməsi ucbatında 1000 manat ziyana düşüb. Futbolçu bir matçlıq cəza alıb. 

"Turan Tovuz"a isə 800 manat cərimə kəsilib. Buna "Kəpəz"lə görüşün fasiləsində meydana kənar şəxslərin daxil olması səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!