Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.
Günün ilk matçında "Səbail" "Şamaxı"nı qəbul edib. Oyunda qapılara qol vurulmayıb. Pepperoni pizza
Turun mərkəzi oyununda turnir cədvəlində 2-ci pillədəki "Sabah" 3-cü pillədəki "Neftçi"nin qonağı olub. "Sabah" 3:2 hesablı qələbə qazanaraq xallarını 28-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkənləndirib. "Neftçi" 22 xalla 3-cüdür.
23 oktyabr (bazar)
18:30.“Neftçi” – “Sabah” - 2:3
Qollar: Ömər Buludov. 71, Emin Mahmudov, 83-pen. - Coy Lens Mikels, 36, Emmanuel Apeh, 45+7, Aleksey İsayev, 52
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 74 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”
16:00.“Səbail” – “Şamaxı” - 0:0
Qırmızı vərəqə: Tural Bayramlı, 42 ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASCO Arena”
Telegram kanalımız