“Sabah” “Qəbələ”yə qalib gəlib avrokuboklara vəsiqəni təmin etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” “Qəbələ”yə qalib gəlib avrokuboklara vəsiqəni təmin etdi

İdman

02 Aprel 2023 20:40 1000


Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, turun son görüşündə 2-ci pillədəki "Sabah" "Qəbələ"ni qəbul edib. 5 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəlib - 3:2.

Bu qələbə sayəsinda "Sabah" avrokuboklara vəsiqəni təmin edib. Belə ki, hazırda 2-ci pillədə olan Murad Musayevin komandası sona 8 tur qalmış 4-cü pillədə qərarlaşan "Zirə"ni 27 xal qabaqlayır. Bununla da paytaxt təmsilçisi ən azı 3-cü pilləni özü üçün təmin edir. Sezar pizza

Günün digər matçında isə lider "Qarabağ" "Şamaxı"nın qonağı olub. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər oyunları 31 mart və 1 apreldə keçirilib.

2 aprel (bazar)

18:00. “Sabah”– “Qəbələ” - 3:2

Qollar: İlkin Qırtımov, 9-avtoqol, Coy Lens Mikels, 86, Aleksey Kaşuk, 90+5 - Ülvi İsgəndərov, 21, Feras Abu Akal, 27

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov

“Bank Respublika Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!