"Sabah" - "Səbail" matçı qolsuz bitdi, "Qarabağ" qalib gəldi - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

"Sabah" - "Səbail" matçı qolsuz bitdi, "Qarabağ" qalib gəldi - Yenilənib

İdman

23 Fevral 2020 19:58 391


Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub. "Yeni Sabah" xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. İlk olaraq meydana qış fasiləsindən sonra inamlı çıxışı ilə yadda qalan iki komanda çıxıb. "Sabah" öz meydanında "Səbail"i qəbul edib. Oyun qolsuz bitib. Digər matçda isə lider "Qarabağ" " "Sumqayıt"ı sınağa çəkib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Mahir Əmrəli yeganə qolun müəllifi olub və oyuna əlavə olunmuş 2-ci dəqiqədə qırmızı vərəqə alıb. 23 fevral (bazar) 16:00. "Sabah" – "Səbail" - 0:0 Qırmızı vərəqə: Yevgeni Koçuk, 15 ("Sabah") Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov Tofiq Bəhramov adına Respublika Stadionu 18:00. "Qarabağ" – "Sumqayıt" - 1:0 Qol: Mahir Emreli, 49 Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov "Bank Respublika Arena"
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!