Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Sabah" "Səbail"i qəbul edib. Matç meydan sahiblərinin böyükhesablı qələbəsilə başa çatıb - 4:0. Bununla da "Sabah" xallarının sayını 22-yə çatdırıb və "Neftçi"ni (15 oyun, 22 xal) geridə qoyaraq 6-cı pilləyə yüksəlib.
Günün və turun son oyununda "Turan Tovuz" "Neftçi"nin qonağı olacaq. Oyun saat 18:00-da başlayacaq. pizza
10 dekabr
15:00.“Sabah” – “Səbail” - 4:0
Qollar: Sofian Çakla, 7, 21, Cesse Sekidika, 28, Vinsent Til, 59
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev
“Bank Respublika Arena”
Telegram kanalımız