“Sabah“ serbiyalı hücumçunu heyətinə qatdı

saytların hazırlanması

Evə çatdırılma

“Sabah“ serbiyalı hücumçunu heyətinə qatdı

İdman

14 Sentyabr 2021 13:35 726


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı hücumçu Petar Şkuletiç bundan sonra komandanın uğurları üçün çalışacaq. 31 yaşlı futbolçu ilə müqavilə müddəti 2 ildir.

Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib. Dominos pizza

Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transfer “Sabah”da 7 nömrəli formada çıxış edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!