Sabah Tramp-Pitin görüşü baş tuta bilər

saytların hazırlanması

Evə çatdırılma

Sabah Tramp-Pitin görüşü baş tuta bilər

Dünya

17 Fevral 2025 10:07 205


Çərşənbə axşamı Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü baş tutacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Axios” portalı və “Kommersant” qəzeti yazıb.

Amerika tərəfini görüşdə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valtz və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun təmsil edəcəyi gözlənilir. pizza mizza

Vitkoff əvvəllər "Fox News"-a Valtzla birlikdə Bazar günü axşam Səudiyyə Ərəbistanına gedəcəyini söyləyib. Rubio İsraildən Bazar ertəsi oraya gələcək.

Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi rəsmən açıqlanmasa da, media mənbələri bunun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ola biləcəyini yazır.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin də iştirakı mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!