“Sabah” və “Sumqayıt”ın UEFA Konfrans Liqasındakı rəqibləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” və “Sumqayıt”ın UEFA Konfrans Liqasındakı rəqibləri bəlli oldu

İdman

19 İyun 2024 16:54 654


Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Mövsümə Konfrans Liqasında başlayacaq Azərbaycan təmsilçiləri "Sabah"la "Sumqayıt"ın da rəqibi bəlli olub. Sezar pizza

Sumqayıtın eyniadlı klubu "Fehervar" (Macarıstan) ilə qarşılaşacaq. Samir Abasovun komandası ilk oyunu evdə keçirəcək.

"Sabah"ın rəqibi "Makkabi" (İsrail, Hayfa) olacaq. Krnoslav Renduliçin yetirmələri mövsümə səfərdə başlayacaqlar.

"Şerif" - "Zirə" cütündə uğursuzluğa düçar olub Konfrans Liqasına yuvarlanacaq komanda "Dunayska Ştreda" (Slovakiya) ilə görüşəcək. Təmsilçimiz bu turnirə düşsə, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!