“Sabah” və “Zirə”nin potensial rəqibləri məlum oldu 

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” və “Zirə”nin potensial rəqibləri məlum oldu 

İdman

05 Avqust 2024 16:52 657


Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

Yenisabah.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan təmsilçilərinin cütlərinin potensial rəqibləri də müəyyənləşib. 

"Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) və "Sabah" (Azərbaycan) - "Sent-Patriks Atletik" (İrlandiya) cütləri səpələnməmişlər səbətində yer alıb.  Sezar pizza

"Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. 

"Sabah" (Azərbaycan) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. 

KL-də pley-off matçları 22 avqust və 29 avqusta təyin edilib. 

Qeyd edək ki, "Zirə" və "Sabah" 3-cü təsnifat mərhələsindəki ilk oyunlarını isə avqustun 8-də səfərdə, cavab görüşlərini avqustun 15-də evdə keçirəcəklər.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!