“Sabah” Xorvatiya millisinin sabiq üzvünü aldı 

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” Xorvatiya millisinin sabiq üzvünü aldı 

İdman

27 İyun 2024 16:45 744


Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən klubumuz heyətini yeni futbolçu ilə gücləndirib. 

Yenisabah.az kluun saytına istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer edilib. 

İvan futbolçu karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan komandamızda 13 nömrəli formada çıxış edəcək.  Pepperoni pizza

Qeyd edək ki, "Sabah" daha əvvəl Kahim Parris və Coy-Lens Mikelsi heyətinə qatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!