Sabah yağış yağacaq - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah yağış yağacaq - HAVA PROQNOZU

Sosial

07 İyul 2025 13:06 1655


Milli Hidrometeorologiya Xidməti iyulun 8-də gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq. Dominos pizza

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturugecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!