Sabah yağışlı-küləkli gün olacaq - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah yağışlı-küləkli gün olacaq - HAVA PROQNOZU

Sosial

02 İyul 2025 12:35 361


Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. pizza mizza

Sabah Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!