Yağış, qar yağacaq, şaxta olacaq -   Sabahın havası

saytların hazırlanması

Evə çatdırılma

Yağış, qar yağacaq, şaxta olacaq - Sabahın havası

Sosial

03 Dekabr 2025 12:10 9268


Dekabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək. Sezar pizza

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Roya
    Baki 1994
    5 months ago