Sabaha olan hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabaha olan hava proqnozu açıqlandı

Hadisə

13 Mart 2021 11:34 981


Martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz  6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  70-80 faiz olacaq.   Dominos pizza

Martın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasənyağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə  duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 

5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti  olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 14-də Abşeron yarımadasında meteoroloji  amillərin  mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!