Sabaha olan hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabaha olan hava proqnozu açıqlandı

Hadisə

04 Aprel 2021 12:03 731


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi  gündüz arabir güclənəcək.  Havanın temperaturu  gecə  8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə  isti olacaq. pizza mizza

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Aprelin 5-də  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi  gözlənilir. Bəzi yerlərdə duman olacaq.  Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə  5-10 dərəcə, gündüz  17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti,   yüksək dağlıq ərazilərdə  0-4 dərəcə şaxta, gündüz  7-12 dərəcə, bəzi yerlərdə 15-20 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!