“Sabah”a yeni idman direktoru və məşqçi təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”a yeni idman direktoru və məşqçi təyin olundu

İdman

12 İyul 2020 18:28 1080


“Sabah” FK-da yeni təyinatlar gerçəkləşib. Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib.

Yenisabah.az xəbərv verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu karyerası ərzində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” klublarında çıxış etmiş Quliyev Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabr ayından “Sabah”da məşqçi kimi çalışırdı. Dördpendirli pizza

Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub.

Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire Akademiyası”nda məşqçi kimi çalışıb.

Məşqçilik karyerasına Bilbao “Atletik”inin akademiyasında başlamış Pinedo isə bu günə kimi Qətərin “Aspire Akademiyası”nda, həmçinin “Sestao River” (İspaniya), “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Dinamo” (Kiyev, Ukrayna), “Pafos” (Kipr) klublarında və Qətərin əsas və olimpiya yığma komandalarında fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!