Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Sosial

14 Noyabr 2025 12:47 424


Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə başlanır.

"Yeni Sabah" xəbər verir ki, hazırda "Azəristiliktəchizat" ASC-nin balansında olan 3 871 yaşayış binası istiliklə təmin olunur. 

Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək. Dominos pizza

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!