Sabahdan Bakıda bağçalara yazılma prosesi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Bakıda bağçalara yazılma prosesi başlayır

Sosial

24 İyul 2025 18:48 330


Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

İyulun 25-də saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. Dominos pizza

2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!