hməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bu, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədardır. Sezar pizza
Mayın 9-da saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri tövsiyyə olunur.
Telegram kanalımız