Sabahdan bu qanun qüvvəyə minir - 4 ay icazə verilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan bu qanun qüvvəyə minir - 4 ay icazə verilməyəcək

Sosial

30 Aprel 2020 18:34 5815


Balıqların kürütökmə dövrü ilə əlaqədar sabahdan - 1 may 2020-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə  balıq ovlanmasından imtinaya və qaydalara əməl etməyə çağırıb: pizza mizza

"Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirəm".

Xidmət rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib:

"Son günlər keçirdiyimiz reydlər nəticəsində  istifadəsi qadağan edilən 9537 metr uzunluğunda sintetik tor, 2928 ədəd  qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə  göndərilib”.

Nazirlik rəsmisi nəzarət tədbirlərinin ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində davam etdirildiyini  balıq  ovu ilə məşğul olanların diqqətinə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!