Sabahdan yarmarkalar gündəlik fəaliyyət göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan yarmarkalar gündəlik fəaliyyət göstərəcək

Sosial

15 Mart 2019 15:12 875


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti  “Kənddən Şəhərə” adlı sosial layihə ilə  bu il Novruz Bayramı ərəfəsində şəhərin 4 ünvanında yarmarkalar təşkil edib.

Dövlət Aqrar Ticarət Şirkətinin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu il ölkə başçısı  İlham Əliyevin tapşırığına əsasən  Novruz bayramı ərəfəsində bütün rayon və şəhərlərdə bayram yarmarkaları təşkil edilir. Yarmarkaların keçirilməsində əsas məqsəd bayramqabağı məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq və vətəndaşların artan tələbatını ödəməkdir:

“Bakı şəhər İcra hakimiyyəti tərəfindən paytaxtın14 ünvanında yarmarkalar təşkil olunub. Bu yarmarkalardan 4-ü Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.Bu yarmarkalar Xəzər rayonu Mərdəkan qəsəbəsində S.Yesenin küçəsi döngə 5, Nizami rayonu, Q.Qarayev  küçəsi 55/57 ünvanında, Yasamal rayonunda Elmlər Akademiyasının qarşısındakı H.Cavid parkında, Səbail rayonu Nizami küçəsi 154 ünvanında  “Landmark” biznes mərkəzinin yanında yerləşir.  Dördpendirli pizza

Bayramqabağı olduğuna görə, bütün növ yerli istehsal kənd təsərrüfatı və ərzaq məhsulları alıcılara təqdim olunur. Qiymətlər orta bazar qiymətindən  aşağıdır. Yarmarkalar martın 2-dən başlayıb, 21-nə qədər davam edəcək. Bayram yarmarkaları bu günə qədər ancaq həftəsonları keçirilirdi. Sabahdan etibarən martın 21-nə qədər bütün yarmarkalar  gündəlik olaraq fəaliyyət göstərəcək”. 

M.Musayevin sözlərinə görə, hər yarmarkada 100-dən artıq fermer iştirak edir:

“Yarmarkaların hər birində fermerlər üçün 100-dən artıq piştaxta ayrılıb. Yarmarkalara qeydiyyat ilkin olaraq martın 7-nə qədər nəzərdə tutulsa da sonradan müraciətlərin və yarmarka müddətinin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti də uzadıldı. Bu gün də fermerlər yarmarkada iştirak üçün müraciət edə bilərlər.” 

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahibləri üçün yeni satış kanalları yaratmaq, eləcə də  bayram ərəfəsində süni qiymət artımının qarşısını almaqdır.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!