Sabahdan yeni avtobus marşrutu fəaliyyətə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan yeni avtobus marşrutu fəaliyyətə başlayır

Sosial

23 Sentyabr 2025 18:46 423


 

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə sabahdan 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Yenisabah.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Sezar pizza

Bildirilib ki, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.

10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 manat təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!