“Sabah”ın 3 futbolçusu ölkəsinin millisinə çağırıldı

“Sabah”ın 3 futbolçusu ölkəsinin millisinə çağırıldı

İdman Veb saytların hazırlanması

09 Oktyabr 2023 17:15 375


“Sabah”ın futbolçuları Davit Volkov, Vinsent Till və Jarl Marqarita öz ölkələrinin milli komandalarına dəvət alıblar. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Volkov Gürcüstan, Till Lüksemburq, Marqarita isə Kurasao millisinə çağırılıb. 

Gürcüstan millisi oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, 15-də isə AVRO-2024-ün seçmə mərhələsində evdə Kipr yığması ilə, Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə İslandiya, 16-da isə evdə Slovakiya yığma komandası ilə, Kurasao yğması isə KONKAKAF Millətlər Liqasında oktyabrın 14-də evdə Panama, 18-də isə Trinidad və Tobaqo millisi ilə qarşılaşacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!