“Sabah”ın baş məşqçisi 7:1-lik məğlubiyyətdən sonra istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”ın baş məşqçisi 7:1-lik məğlubiyyətdən sonra istefa verdi

İdman

01 Fevral 2024 11:41 930


“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 

Görüş zamanı Musayev "Sabah"dan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.  Pepperoni pizza

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Komandamız rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. 

Xatırlaadq ki, ötən gün keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ” “Sabah”ı 7:1 hesabı ilə məğlub edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!