"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Alaniya" və "Şinnik" klublarının onunla maraqlanması barədə danışıb.
Yenisabah.az xəbər verir ki, mütəxəssis mövsüm ərzində ona sərfəli təkliflərin gəldiyini, lakin "Sabah"da qalmaq niyyətində olduğunu deyib:
"Bu mövsüm ərzində Premyer Liqadan 2-3 yaxşı təklifim olmuşdu. Getsəydim, ora gedərdim. Amma "Sabah"dan getmək istəmirəm". Dominos pizza
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabr ayından "Sabah"ın baş məşqçisidir.
Telegram kanalımız