“Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini qəbul etməyib

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini qəbul etməyib

İdman

23 Dekabr 2023 14:45 988


“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klubu “Şinnik”in təklifini qəbul etməyib.

Yenisabah.az xəbər verir ki, Yaroslavl təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib.

Birinci Liqa komandasına bundan sonra Dmitri Çerışev rəhbərlik edəcək. 54 yaşlı mütəxəssislə daha bir il uzatmaq bəndi ilə altıaylıq müqavilə imzalanıb. Dördpendirli pizza

Qeyd edək ki, “Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalov bir neçə gün əvvəl Murad Musayevlə danışıq aparmaq üçün Azərbaycana gəlmişdi. 40 yaşlı məşqçinin “Sabah”la müqavilə müddəti cari mövsümün sonuna qədərdir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!