“Sabah”ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

“Sabah”ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

İdman Veb saytların hazırlanması

03 Oktyabr 2023 12:38 319


AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu  Boyan Letiçi cəzalandırıb. 

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun Misli Premyer Liqasının 8-ci turunda "Səbail"ə qarşı matçda hakimi təhqir etməsi səbəb olub. Bu hərəkətinə görə qırmzı vərəqə alan oyunçu  2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. 

 AFFA İntizam Komitəsi  “Araz-Naxçıvan”ın futbolçusu  İqor Ribeyronu Misli Premyer Liqasının 8-ci turunda "Zirə"yə qarşı matçda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalandırılıb.  “Araz-Naxçıvan” isə 500 manat cərimə edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!