Sabah hava yağmursuz olacaq - Bu ərazilərdə   12 dərəcə şaxta gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava yağmursuz olacaq - Bu ərazilərdə 12 dərəcə şaxta gözlənilir

Sosial

11 Mart 2026 12:10 301


Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Marqarita pizza

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!