Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

11 Noyabr 2019 10:06 997


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. 

“Yeni Sabah” xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 9-13° isti, gündüz  17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək.  Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.    pizza hut

Azərbaycanın rayonlarında  əsasən yağmursuz hava, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz  12-17° isti təşkil edəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!