Sabahın hava proqnozu açıqlandı:   İsti davam edir

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı: İsti davam edir

Sosial

31 Avqust 2025 12:38 912


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-şərq küləyi əsəcək.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 30-35 % olacaq. pizza hut

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!