Sabahın hava proqnozu açıqlandı - Yağış, qar yağacaq...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı - Yağış, qar yağacaq...

Sosial

08 Dekabr 2019 10:50 987


Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a daxil olan məlumata görə, sabah gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Axşama doğru əsasən yağmursuz, mülayim şimal-qərb küləyi arabir güclənəcək.  Marqarita pizza

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!