Sabahın hava proqnozu açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlanıb

Hadisə

30 Noyabr 2020 12:55 855


Dekabrın 1-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən yenisabah.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 80-90, gündüz  60-70  faiz təşkil edəcək.  

Dekabrın 1-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.  Pepperoni pizza

Havanın temperaturu  gecə 1-5,  gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!