Yağış, şimşək, külək -   Sabahın havası

saytların hazırlanması

Evə çatdırılma

Yağış, şimşək, külək - Sabahın havası

Sosial

14 Oktyabr 2025 12:12 431


Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Cənub-şərq küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. pizza sifarişi

Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 19-24, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!