Sabahın havası: Proqnoz açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Proqnoz açıqlandı

Sosial

07 İyun 2025 12:19 243


İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Yenisabah.az xəbər verir ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. pizza

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!