Sabahın havası təəccübləndirəcək -   PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası təəccübləndirəcək - PROQNOZ

Sosial

02 Oktyabr 2025 12:33 18654


Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Marqarita pizza

Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!