Premyer Liqanın 15-ci turu çərçivəsində "Zirə" ilə görüşdə (2:2) zədələnərək əvəzlənən "Sabah"ın hücumçusu Tiemoko Fofana xəstəxanaya yerləşdirilib.
Fil Dişi Sahilindən olan legionerin durumuna bu gün aydınlıq gələcək.
Yenisabah.az xəbər verir ki, bu haqda klubdan məlumat verilib. pizza hut
Bildirilib ki, 2 dişi qırılan əcnəbi futbolçu beyin silkələnməsi keçirib. O, hələ də xəstəxana şəraitində müalicəsini davam etdirir.
Telegram kanalımız