“Sabah“ın legionerindən son 12 mövsümün rekordu

saytların hazırlanması

Evə çatdırılma

“Sabah“ın legionerindən son 12 mövsümün rekordu

İdman

17 Aprel 2023 13:52 701


“Sabah”ın futbolçusu Coy Lens Mikels Misli Premyer Liqasında 2022/23 mövsümündəki qol sayını 17-yə çatdırıb. 

Yenisabah.az xəbər verir ki, o, 30-cu turun “Qarabağ”la görüşündə (2:1) vurduğu iki topla buna nail olub. 30 yaşlı almaniyalı yarımmüdafiəçi son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legionerdir. O, 2015/16 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı arxada qoyub. 2011-ci ilin yayından indiyədək digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb. 

Qeyd edək ki, daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiya olub. Gürcü futbolçu 2010/11 mövsümündə 18 dəfə fərqlənib.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!