Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı 

Maraqlı

31 Yanvar 2023 15:02 613


Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb. 

Bu barədə Yenisabah.az-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Dağkəsəmən kənd bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. 

Belə ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.  Dördpendirli pizza

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanılıb. 

İbtidai istintaq davam etdirilir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!