Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş İlknur Turkuta işə düzəlmək məqsədi ilə müraciət etdiyini, bunun müqabilində isə ittiham olunan şəxsin işə düzəldəcəyi vədi ilə ondan 2 min manat pul aldığını deyib.
Tural Təhməzli məhkəmədə Vətən müharibəsi iştirakçısı olduğunu bildirib. Pepperoni pizza
Hakim Rasim Sadıxov təqsirləndirilən şəxsdən zərərçəkmişə dəymiş ziyanı qısa müddətdə ödənilməsini istəyib: "Digər zərərçəkmişləri başa düşdük ki, dəymiş ziyanın məbləği çoxdur. Bu zərərçəkmişdə isə cəmi 2 min manat puldur, özü də müharibə iştirakçısıdır".
İttiham olunan şəxs Tural Təhməzliyə dəymiş ziyanı ödəyəcəyini söz verib.
Proses avqustun 23-də davam etdiriləcək.
Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb
Telegram kanalımız