Sabiq deputatın evini qarət edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq deputatın evini qarət edən şəxs saxlanıldı

Kriminal

14 Fevral 2021 13:52 811


Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanovun evini qarət edən 1993-cü il təvəllüdlü İ.C. adlı şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxsin əvvəllər oğurluğa görə məhkum olunduğu və hazırda probasiya nəzarətində olduğu müəyyən edilib. Pepperoni pizza

İstintaqla müəyyən olunub ki, həmin şəxs fevralın 13-də Marneulidə A.Süleymanovun evinin həyətindən müxtəlif əşyalar oğurlayıb. O, fevralın 7 və 9-da da həmin ərazidə qarət törədib.

Həmin şəxsin Marneulidə daha 3 vətəndaşın evindən oğurluq etdiyi də müəyyənləşdirilib.

Oğurlanan əşyaların bir qismi maddi sübut kimi müsadirə olunub.

Faktlarla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!