Sabiq icra başçısı doğum günündə vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısı doğum günündə vəfat etdi - Foto

Hadisə

01 Yanvar 2024 11:47 2838


Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vəlihə Abdullayeva vəfat edib.

Yenisabah.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, Bakı şəhərində 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vəlihə Böyükağa qızı Abdullayeva 1949-cu ilin yanvarın 1-də dünyaya gəlib. O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.  pizza

1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirib, 1998–2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!