Sabiq icra başçısının həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Kriminal

12 Aprel 2021 17:30 803


Binəqədi rayon Məhkəməsində Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Yenisabah.az-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib və C.Cəfərov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!