Sabiq icra başçısının həbs müddəti yenidən uzadılıb

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısının həbs müddəti yenidən uzadılıb

Kriminal

24 Noyabr 2020 17:48 1003


Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin yenidən uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Yenisabah.az xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir ay uzadılıb. pizza sifarişi

Xatırladaq ki, Səbail rayon Məhkəməsində M. Quliyevin barəsində olan həbs qəti imkan tədbiri sonuncu dəfə avqustun 23-də 3 ay uzadılmışdı. Sabiq başçının həbs müddəti noyabrın 23-də başa çatırdı.

Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar rayon İcra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!